"Boranı" restoranından etdiyi sifarişin içindən görün nə çıxdı - Şikayət
12-09-2021, 00:03
Bir çox yerdə filialı olan "Boranı" restoranı ilə bağlı şikayət daxil olub.
Şikayətçi L. Ş. bildirir ki, bir neçə həftə öncə restoranın "Sahil" filialından paket halında lahmacun sifariş edib. Lakin lahmacunu yemək istəyərkən xoşagəlməz hal ilə qarşılaşıb.
Belə ki, xəmirin içərisindən salafan paket çıxıb.
Onun sözlərinə görə, çəkdiyi videonu sosial şəbəkə vasitəsi ilə restoran əməkdaşklarına göndərsə də, heç bir reaksiya gəlməyib:
"Çox təəssüflər olsun ki, özlərinə "İnstagram" üzərindən yazsam da, oxuyub heç nə demədilər. Heç üzr də istəmədilər. Əslində paylaşmaq kimi fikrim yox idi, amma etdikləri hörmətsizliyə görə bunu ictimailəşdirmək istədim".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(sonxeber.az)