İcra başçısının 1.5 milyonluq villası üzə çıxdı

16-09-2021, 11:59           
İcra başçısının 1.5 milyonluq villası üzə çıxdı
Şəmkirin yeni təyin olunan başçısı Rəşad Ənvər oğlu Tağıyevin 1.5 milyonluq villası üzə çıxıb.

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Rəşad Tağıyev haqda maraqlı paylaşım edib. O əvvəl təhsil idarəsində çalışan Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosun paylaşıb. Keçmiş direktor paylaşımında villanın Rəşad Tağıyevin çox saylı mülklərindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixdə imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu gün isə Rəşad Tağıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən qurumun kollektivinə təqdim olunub. (Kanal24.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru