"Belə sürünə-sürünə işlətməkdənsə..." - ATS rabitə xidmətindən ŞİKAYƏT

20-09-2021, 08:39           
 "Belə sürünə-sürünə işlətməkdənsə..." -
Sonxeber.az-ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub.

Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:

"Tək bizim "WiFi" olsa, modem aparatında problem olduğunu düşünüb tədbir görərəm. Amma nəinki bizdə, interneti ATS-ə bağlı olan bütün qonşularımızda vəziyyət eynidir. Belə sürünə-sürünə işlətməkdənsə, mobil internetimdən rahat şəkildə istifadə edərəm, ora da pul ödəmərəm".

Məsələ ilə bağlı həmin əraziyə baxan ATS Rabitə Xidmətləri Mərkəzi ilə əlaqə saxladıq.

Operator xanımın sözlərinə görə, vəziyyət internet xəttində yüklənmə çox olduğu üçün belədir:

"Hamı hazırda internetdən istifadə edir və yüklənmə hədsiz çoxdur. Buna görə də zəiflik olur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.