Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - VİDEO

20-09-2021, 09:05           
Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - VİDEO
Paytaxtın müxtəlif yerlərində yerüstü piyada keçidlərinin inşası illərdir ki, yekunlaşmır. Bu hal isə həmin ərazilərdən istifadə edən piyadalar üçün təhlükə yaradır.

Teref.az Xezerxeber.az-a istinadən xəbər verir ki, keçidlərdən birinin sadəcə bünövrəsi qoyulub, digəri isə təhvil verilmir.

Məsələn, paytaxtın 8 noyabr prospekti və Koroğlu Rəhimov küçəsində belə vəziyyət yaşanır. Ərazidə piyada keçidində işlər yekunlaşmadığı üçün insanlar sürətlə şütüyən maşınların arasından həyatlarını təhlükəyə ataraq yolu keçirlər.

Piyadaların avtomobil yolundan nizamsız keçməsi sürücülərin də işini çətinləşdir. Belə olan halda isə qəzalar qaçılmaz olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirib. Qeyd olunub ki, piyada keçidlərində tikintinin yarımçıq qalmasının səbəbi büdcə ilə bağlıdır













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru