“OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR?

22-09-2021, 14:21           
 “OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR?
“OBA” marketlər şəbəkəsində özbaşınalıq hökm sürdüyü iddia olunur. Belə ki, marketlər şəbəkəsinin “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən filialında bir həftədən çoxdur ki, müştərilərə alış-veriş zamanı qəbz verilmir. Alıcılar qəbzi tələb edəndə isə market işçiləri min cür bəhanələr gətirir. Sözügedən marketdə qəbzin verilməməsi ƏDV-nin mənimsədilməsi kimi dəyərləndirilib.

Bizim.Media-ya müraciət edən müştərilər belə deyir.

Onların sözlərinə görə bu azmış kimi “OBA” marketlər şəbəkəsinin özünə məxsus paketləri ya "aptek"lərdən, ya da "Al market"dən alınır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan "OBA”marketlər şəbəkəsinin rəsmisi Təranə Cəlilzadə qeyd edilən problemin artıq həll olunduğunu bildirib:

“Yasamal 20” marketimizdə logistika gecikməsi səbəbi ilə çek problemi yaranıb. Məsələyə müdaxilə edilərək qeydə alınmış problem artıq aradan qaldırılıb”, - deyə market rəsmisi əlavə edib.

Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi müştərilərə xidmətdə ən çox tənqid edilən ticarət mərkəzidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru