Azərbaycanda nəhəng dövlət şirkətlər ləğv olunur - SİYAHI

23-09-2021, 11:24           
Azərbaycanda nəhəng dövlət şirkətlər ləğv olunur - SİYAHI
Azərbaycan Sənaye Korporasiyasına tabe olan ölkənin aparıcı dövlət şirkətləri ləğv olunur.
Yeniavaz.com ləğv olunan şirktlərin siyahısını təqdim edir:
"Azərtütün" MMC (VÖEN: 1305091901)
"Şəki Kərpic İstehsalı" MMC (VÖEN: 1305091881)
"Bakı Ayaqqabı" MMC (VÖEN: 1004879211)
"Azərşüşətara" MMC (VÖEN: 1101637151)
"Şəki İpək İstehsalı" MMC (VÖEN: 1305092411)
"Şəki Heyvandarlıq" MMC (VÖEN: 1305092131)
"Şəki Ət və Süd Məhsulları" MMC (VÖEN: 1305093051)
"Azərpambıq" MMC (VÖEN: 1305092261)
"Mingəçevir İzolit" MMC (VÖEN: 1305092001)

Məlumat üçün bildirək ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti - “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılıb.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur.
Müşahidə Şurasının üzvləri isə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru