Tikinti şirkəti şəhidin qan pulunu mənimsədi: Şəhid anası infarkt keçirdi - "...polis bölməsinə müraciət etmişik"

23-09-2021, 13:55           
Tikinti şirkəti şəhidin qan pulunu mənimsədi: Şəhid anası infarkt keçirdi - "...polis bölməsinə müraciət etmişik"
“Qardaşımın qan pulunu “AQUA ART” MMC tikinti şirkətinin drektoru Sərkərli Rəşad Sərdar oğlu mənimsəyib”.
Bu sözləri Bizimyol.info-ya şikayətçi olan şəhidin qardaşı Şahverdiyev Əziz söyləyib. Onun sözlərinə görə, ailəsi, “AQUA ART” MMC tikinti şirkətinin rəhbərinə ev tikmək məqsədi ilə şəhid qardaşının qan pulunu və aylıq 500 manat ödəyib, lakin həmin şirkət onlara qarşı dələduzluq edib.

Əziz Şahverdiyevin sözlərinə görə, hazırda həmin şirkət nə evi tikib, nə də ailənin pulu geri qaytarmır.

“Nəsimi rayon 22-ci polis bölməsinə müraciət etmişik, olarda araşdırıb dələduzluqla bağlı matrealları istintaqa veriliblər. Anam hadisədən sonra infakt keçirdib”.

Adı çəkilən şirkətlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru