Azərbaycanda 5 bankın balans kapitalı - AZALIB

15-11-2021, 11:49           
Azərbaycanda 5 bankın balans kapitalı - AZALIB
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə balans kapitalı illik müqayisədə az olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Bank Avrasiya” və “Bank BTB” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” və “Access Bank” QSC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “Bank BTB”də (13,9%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan”da (0,3%) qeydə alınıb.

Qalan 21 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Bank of Baku” ASC-də (29,1%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (1,1%) qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru