“İcbari tibbi sığorta zərfində olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır” - deputat

16-11-2021, 17:08           
“İcbari tibbi sığorta zərfində olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır” - deputat
“Gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqilliq dövrünün ən böyük səhiyyə xərcidir. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

O bildirib ki, səhiyyə proqramlarının və digər sahələrdə böyük artım var: “Ancaq çox təəssüflər olsun ki, tibb elminin və elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan xərclər azdır. Ancaq icbari tibbi sığortanın da həyata keçirilməsində müəyyən problemlər də var. Təəssüf edirəm ki, bu qurumun əməkdaşları burada iştirak etmir. Ancaq gələcəkdə onları da bu müzakirələrə dəvət etmək lazımdır. Zərfdə olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır. Hesab edirəm ki, bu xidmətlərin sayını 2 dəfə artırmaqla insanları məmnun edə bilərik. Orqan transplantasiyası sahəsində növbələr yaratmağa da bizim ixtiyarımız yoxdur. Bu istiqamətdə də işləri davam etdirməliyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru