Vahid Əhmədov Baş nazirdən bunu XAHİŞ ETDİ

16-11-2021, 17:44           
Vahid Əhmədov Baş nazirdən bunu XAHİŞ ETDİ
"Kənd təsərrüfatı sahəsində problemlərimiz mövcuddur. Bu sahəyə gələn ilin dövlət büdcəsində 1 milyarda yaxın vəsait ayrılıb.Biz kənardan çox sayda ərzaq məhsulları idxal edirik. Bu da qiymət artımında müəyyən paya səbəb olur".

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir. "İki məsələni həll etməliyik. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara aşağı faizlə kreditlər verməliyik".

V.Əhmədov qeyd edib ki, Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək vacibdir. "Baş nazirin burada olmasını nəzərə alaraq xahiş edirəm ki, Rəqabət Məcəlləsinin Milli Məclisə göndərilməsini təmin etsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru