Ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə cari ilin 9 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 0,6 faiz azalıb, paltaryuyan maşınlar 28,5 faiz, mebellər 33,4 faiz, məişət soyuducuları isə 39,3 faiz artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında hesablama maşınları, blok və qurğularının idxalında isə 0,6 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, idxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.