Bakıda binalara istilik hansı kriteriyalara görə verilir? - VİDEO

17-11-2021, 07:20           
Bakıda binalara istilik hansı kriteriyalara görə verilir? - VİDEO
Xətai rayonu, Gəncə prospekti 89, 95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”la əlaqə saxladıq. Qurumun rəsmisi Rafiq Əliyev “Xəzər Xəbər”ə bildirdi ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən, bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru