"Qiymətlərin süni surətdə artırılması ucbatından əhali ildə 2 milyard manat ziyana düşür"

17-11-2021, 07:17           
"Qiymətlərin süni surətdə artırılması ucbatından əhali ildə 2 milyard manat ziyana düşür"
Əli Məsimli:” Nədənsə çıxış edən məmurlar bu haqda danışmır...”

Bunu Milli Məclisdəki 2022-ci ilin büdcə müzakirələrində çıxış edən deputat Əli Məsimli məmur sahibkarlığından törəyən monopoliya ucbatından süni qiymət artımının əhaliyə vurduğu ziyandan danışarkən deyib.

Əli Məsimli bildirib ki, Büdcə dövlətin əsas maliyyə sənədi olduğundan əhalinin 2022-ci ilin büdcəsindən gözləntiləri var. Onların arasında iki istiqamət daha aktualdır:

Bunlardan biri Böyük Qayıdışla bağlıdır. İşğaldan azad olunluş ərazilərimziin bərpası,yenidən qurulması,ölkə ərazizisinin digər hissəinə reinteqtrasıyanın sürətləndirilməsi üçün bu ilin büdcəsində olduğu kimi,gələn ilin büdcəsində də 2,2 milyard manar pul ayrlıb. Həmin vəsaitdən səmərəli istifadə edilməklə gələn il də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın sürətləndirilməsinə xidmət edən geniş quruculuq işləri həyata keçiriləcək.

Əli Məsimli qeyd edib ki, ikinci böyük gözlənti,yəni 2022-ci ilin büdcəsinin əhali üçün diqqət çəkən tərəfi gələn ildən pensiya və digər ödənişlərin artlrılmasıdır.Bundan ötrü yeni büdcədə 1,4 milyard manatdan çox vəsait nəzərdə tutulub.Hələlik görünən odur ki, maaş və pensiyaların artımından öncə ərzaqlar, digər gündəlik tələbat malları sürətlə bahalaşır.Rəsmi statistika deyir ki,bu ilin 10 ayında inflyasiya 6 faizə yaxın olub.Əslində qiymət artımı daha çoxdur.Amma bunun özü də əhalinin gəlirlərinin 2,4 faizlik artım tempini 2,5 dəfə üstələyir.Deməli bu il əhalinin güzaranı pisləşib. Gələn ilə 4 faiz inflyasiya, əmək haqqının artımının isə 8 faizdən çox olacağı proqnozlaşdırılıb.Mərkəzi Bankinin sədrinin çıxışında bu bu məsələ ətrafında fikir mübadiləsi etmək üçün material verən rəqəmlər səsləndirildi ki, inflyasiyaynın 2,5 faizi xarici,2,5 faizi daxili, 1,3 faizi isə monetar amillərdn qaynaqlanır. Amma bunlarln cəmi büdcədə proqnozlaşdırılan kimi,4 faizlik inflyasiya yox,6,3 faiz edir...

Əli Məsimli bildirdi ki, dünya bazarında qlobal miqyasda qiymət artımının davam edəcəyi danılmazdır. Həmin amilin hesabına inflyasiyanın bir hissəsi idxal etdiyimiz məhsulaarın üzərində ölkəmizə gələcək və onun qarşısını almaq demək olar ki,mümkünsüzdü. Eyni zamanda bu məsələnin ikinci tərəfləri də var: Bir tərəfdən benzin, işıq, qaz, suyun tariflərinin artmasının katalizator rolu oynadığı bir şəraitdə ölkə iqtisadiyyatında gedən proseslərdən doğan inflasiya nəticəsində gələn il də ölkə daxilində istehsal olunan məhsulların da qiyməti artacaq. Digər tərəfdən isə ölkə daxilində istehsal olunsa da,xammalı xaricdən gətirələn malların da qiymətində artım olacaq.

Əli Məsimli hesab edir ki, amma qiymət artımı məsələsinin qarşısınıın alınması mümkün olan tərəfi də var. Məsələ ondadır ki, qeyd edilənlərdən əlavə məmur sahibkarlığının törəməsi olan monopoliyanın törətdiyi əlavə qiymət artımı da olacaq. Qiymətlərin süni surətdə artırılması ucbatindan belə artımın 5 faizinə görə əhali ildə 2 milyard manat ziyana düşür. Amma nədənsə çıxış edən məmurlar bu haqda danışmır... Bu rəqəməin nə dədər böyük olduğunu təsəvvür etmək üçün müqayisə edək ki, dünya bazarında neftin qiymətinin 5 dollar artımı Azərbaycanın icmal büdcəsinə 1,5 milyard manat gəlir gətirə bilır ki, bu da məmur sahibkarlığının törəməsi olan monopolistlərin süni qiymət artımı hesabına xalqı soyduqlarından 500 milyon manat azdır. Məmur sahibkarlığının monopolist hissəsinin hər il süni qiymət artmından orta hesabla götürdüyü qazanc gələn il əmək haqqı,pensiya və digər ödənişlərin artırılması üçün nəzərdə tutulan 1,4 milyard manatlıq vəsaitdən 43 faiz çoxdur. Ona görə də süni qiymət artımının qarşısı alınması istiqamətində təsirli tədbirlər görülməlidir ki, gələn il yanvarın 1-dən əmək haqqı,pensiya,müavinət və digər ödənişlər üçün nəzərdə tutulan 1,4 milyard manat vəsaitin çox hissəsinin məmur sahibkarlığının törəməsi olan monopoliyanın yaratdıqları əlavə inflyasiyanın yeminə çevrilib monopolistlərin cibinə getməsin,əksinə xalqın xeyrinə işləsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.