Qazi Cəfərov Qadir “Kapitalbank”dan niyə narazıdır? - Bəs Prezidentin sərəncamı?

18-11-2021, 07:23           
Qazi Cəfərov Qadir “Kapitalbank”dan niyə narazıdır? -
Kamran Məmmədli: “Döyüş əməliyyatlarında iştirak edənlərin kreditlə bağlı hər hansı bir problemi varsa, həmin şəxslər banka müraciət etməlidir”
img
44 günlük Vətən savaşında qəhrəman oğullarımızın sayəsində çox böyük qələbə qazandıq. Həm işğal altında olan torpaqlarımızın azad edilməsi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına nail olduq, həm də Azərbaycanın geosiyasi arenada nüfuzu, mövqeyi möhkəmlənmiş oldu. Ali Baş Komandanın rəhbərliyi altında savaşan ordumuzun əsgər və zabitləri bu qələbəni canıyla, qanıyla, həyatından, sağlamlığından keçməklə qazandı.

Vətən müharibəsində iştirak etmiş döyüşçülərin kredit borcunun silinməsi ilə bağlı Prezident İlham Əliyevin xüsusi göstərişi olsa da, “Kapitalbank” buna əməl etmir. Belə ki, 44 günlük Vətən müharibəsində iştirak edən Ağcabədi rayonunun Kəhriz kəndindən olan Qarabağ qazisi Cəfərov Qadir Habil oğlu adıçəkilən bankdan şikayətçidir. Qazi bildirir ki, 44 gün Vətən müharibəsində döyüşüb: “Füzuli, Cəbrayıl və Daşaltı döyüşlərində iştirak etmişəm və iki dəfə yaralanmışam. Lakin bu gün mənə qarşı hörmətsizlik edilir. Əlillik dərəcəsi də təyin edilmir. Sonuncu dəfə komissiyadan keçəndə ciyər, onurğa və böyrəyimdə problem aşkarlandı. Hazırda ən çox “Kapitalbank”dan şikayətciyəm. Bakıda kirayədə yaşayıram. Anam 15 ildir ki, astma xəstəsidir. Lakin onun da pensiyası kəsilib. Necə edim? Necə yaşayım mən?

Azərbaycan Prezidentinin şəhid və qazi ailələrinin kreditlərinin silinməsi ilə bağlı tapşırığı olsa da, “Kapitalbank” buna əməl etmir. Müharibədən öncə bankdan kredit götürmüşəm. Müharibədə olduğum zaman bank maaşımdan öz vəsaitini çıxırdı. Bu barədə şikayət etdikdən sonra məbləğin bir qismi geri olaraq kartıma köçürülüb. Lakin hazırda “Kapitalbank” yenə də mənim maaşımdan məbləğ tutur. Bu barədə banka müraciət etsəm də, bankdan heç bir məlumat verilməyib”.

“Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəlikləri, yəni faizlərin və digər ödəmələrin hesablanmasında bir sıra güzəştlər edilib”
Iqtisadçı Kamran Məmmədli bildirdi ki, ikinci Qarabağ savaşında 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhidlərimiz və qazilərimiz çox böyük iş gördülər: “Həmin insanların bir çox problemlərinin həlli həm vətəndaş olaraq bizim, həm də dövlətin borcudur. Müharibə iştirakçılarının bank kreditlərinin həll olunması ilə bağlı Prezident İlham Əliyevin banklara xüsusi göstərişi var. Banklar da həmin göstərişi əsas tutaraq şəhid ailələrinin kreditlərini sildi. Ancaq onu da nəzərə almaq lazımdır ki, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəlikləri, yəni faizlərin və digər ödəmələrin hesablanmasında bir sıra güzəştlər edilib. Şəhid olanların və döyüş əməliyyatlarında iştirak edənlərin kreditlə bağlı hər hansı bir problemi varsa, bu barədə banka müraciət edilməlidir”.

Günel CƏLİLOVA
baki xeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.