"Kapital Bank" vətəndaşın pulunu OĞURLAYIB... - GİLEY

18-11-2021, 12:25           
"Kapital Bank" vətəndaşın pulunu OĞURLAYIB... - GİLEY
"Şikayətim Kapital Bankdandır. 21 oktyabr tarixində Türkiyədəki saytların birinə yoldaşımın "bir kart"ından ödəniş etdim". DİA.AZ bildirir ki, bu barədə şikayətində Ülkər Əliyeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edib.


Daha sonra narazı vətəndaş yazır: "Ödəniş ləğv edilsə də balansımdan həmin tutuldu. 1 gün sonra ödənişi təkrar etdim. Yenə eyni. Tutulmuş məbləğ 10 gün sonra kartıma yarımçıq qayıtdı, 633₼ əksik. Email yazdım, cavab yoxdur. Zəng etmişəm deyirlər ki, konvertasiya pulu tutulub. Həyata keçməyən ödəniş üçün konvertasiya pulu olar? Özü də 8%. Bankdan pulumu geri qaytarmalarını tələb edirəm".


İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.