Rüşvətin budaqlanmasına yardım edənlər... – Verdikcə xoşbəxt oluruq

23-11-2021, 15:52           
Rüşvətin budaqlanmasına yardım edənlər... –
Şirinlik, çay pulu, hörmət sözləri Azərbaycanda öz anlamından çıxıb və tamamilə başqa səmtdə istidafə edilir. Ölkəmizdə bu üç söz “rüşvət” sözünə sinonim sözlər hesab olunur. Heç birimizə sirr deyil ki, müxtəlif sahələrdə korrupsiya, rüşvət həllarının qarşısının alınmağa çalışılsa da bu “adət-ənənə” canımızdan çıxmaq bilmir.
Qəribəsi ondadır ki, bir çox hallarda biz özümüz rüşvət verməyə meyilliyik. Məsələn, restoranda oturub yeyirik, içiriksə, mütləq sonda ofisianta “çay pulu”veririk. Vermədikdə isə ətrafdakıların baxışı elə formada sənə zillənir ki, özünü günah iş görmüş, “suçlu” kimi hesab edirsən. Baxışı qaldırıb üzlərinə baxa və restorandan necə, hansı formada çıxasan bilmirsən. Halbuki restoranın bütün işçiləri müştərilərə göstərdikləri xidmətə görə maaş alırlar.

Bundan əlavə kuryerləri də nümunə göstərmək olar. Qapımıza qədər gələn şəxsi sanki əliboş göndərməyə ürəyimiz gəlmir, ödəyəcəyimiz məbləğ nədirsə, ondan daha artıq ödəyirik və bununla jest edirik ki, bizə “pis adam” kimi baxmasınlar.

Taksi xidmətləri də həmçinin. Ucuz olsun deyə online taksi xidmətlərindən istifadə edirik, amma pulumuzun üstünü götürməyi özümüzə ayıb bilirik. Bu məsələni özümüz o həddə çatdırmışıq ki, artıq “adət” halı alıb. Sanki bu belə də olmalıdır. Artıq kimin hünəri nədir ki, taxsi şoferindən qalıq pulunu tələb etsin. Bu zaman taksi sürücüləri adama elə iynəli sözlər söyləyirlər ki, yenə də sən olursan “pis adam”.

Hətta məktəblərdə də bu “şirinlik” haqq hesabı bitmək bilmir. Məktəblərdə hələ də rüşvətin olduğunu və təhsil ocaqlarında bu hərəkətlərin yolverilməz olduğunu deyən “biz”, nədənsə hər yeni dərs ili başlayan zaman, bayramlarda və s. özəl günlərdə müəllimlərə “hörmət” etməyi sevirik.

Yuxarıdakı nümunələrə baxmaq bəs edir ki, rüşvətin bu qədər böyük vüsət almasının səbəbkarları görünsün. Bu vərdiş isə bizdə ya zamanla formalaşıb, ya da ürəyi yumşaqlığımızdan irəli gəlir. Səbəbi hər nə olursa, olsun. Yaxşılıq etdiyimizi düşünməklə özümüzü və gələcəyimizi uçuruma sürükləyirik.
Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.