"Azərbaycan demoqrafik təhlükənin astanasındadır" - QUBAD İBADOĞLU

24-11-2021, 00:06           
"Azərbaycan demoqrafik təhlükənin astanasındadır" -
"Görünür ki, pensiya yaşını artırmaq üçün orta ömür uzunluğu saxtalaşdırılaraq yalandan artırılır"

"Son 12 ilin başlıca demoqrafik göstəricilərini hər biri 6 ildən ibarət olmaqla, 2 ardıcıl dövrə bölüb tərtib olunmuş cədvəli sizə tədqim edirəm. Ölkədə 1-ci dövrlə (2009-2014-cü illər) müqayisədə 2-ci dövrdə (2015-2020-ci illər) doğumların və nigahların sayı azalır, boşanmaların və ölümlərin sayı sürətlə artır". Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu deyib.

İqtisadçı alimin sözlərinə görə, bu dinamika bir sıra göstəriciləri, o sıradan orta ömür uzunluğunu da şübhəyə salır: "Görünür ki, pensiya yaşını artırmaq üçün orta ömür uzunluğu saxtalaşdırılaraq yalandan artırılır. Müharibədə şəhid verdiyimiz 3000-ə qədər gəncləri də nəzərə alanda, növbəti illərdə bu trend daha da güclənəcək, bu halda 5-10 ildən sonra Azərbaycanın gələcəyini təsəvvür edirsinizmi?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru