“İşsizlikdən Sığorta Fondunun büdcəsi hesabına işsizliklə mübarizə aparmaq mümkün deyil”

24-11-2021, 07:43           
“İşsizlikdən Sığorta Fondunun büdcəsi hesabına işsizliklə mübarizə aparmaq mümkün deyil”
“Azərbaycan vətəndaşı ona normal şərait yaradanda özünü və ailəsini dolandırmağa qadir insanlardır”.

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

Əli Məsimli bildirib ki,.Azərbaycan kimi ölkələrdə İşsisliyin səviyyəsi 7 faizdən yüksək olanda bir sıra iqtisadi və sosial xarakterli fəsadlar yaradır. Həmin fəsadların fonunda İşsizlikdən Sığorta Fondunun 180 milyon manatlıq büdcəsi hesabına işsizliklə mübarizə aparmaq mümkün deyil.

Əli Məsimli İşsızlikdən Sığorta Fondundan işsizliyı görə verilən sığorta ödənişlərinin nə qədər az olduğunu göstərmək üçün bildirndə deyib ki, Fondun xərclərində nəzərdə tutulmuş işsizliyə görə sığorta ödənişlərinin məbləği müvafiq icra orqanın işsizlikdən söğorta üzrə müəyyən etdiyi orqana ayrılan vəsaitdən 5 dəfə azdır.İşsizliyə görə müavinətlərin verilməsi üçün nəzərdə tutulan vəsait ümumu işsizlərin 0,7 faizinə, aidiyyatı orqanların qeydə aldığı işsizlərin isə 2-3 faizinə müavinət vernmək üçün həmin yetər...

Əli Məsimli xüsusi vurğulayıb ki, Azərbaycan vətəndaşı ona normal şərait yaradanda özünü və ailəsini dolandırmağa qadir insanlardır. İqtisadi azadlıqların genişləndirmək,”kömək etmək istəmirsənsə,heç olmasa mane olma” prinsipini işə salmaq lazımdır ki, əhali 250 manatlıq ictimai işlərin ümidinə qalmasın, oz potensialını işə salıb,həm özünü,həm də ailəsini dolandırsın.

Sonda Əli Məsmili əlavə edib ki, bütün dünyara olduğu kimi, bizdə də xüsusən regionlarda kiçik və orta sahibkarlığın inkişafına geniş meydan vermklə isizliyi əhəmiyyətli dərəcədə azaltmaq olar.İnsanlara hərtərəfli imkanlar və şərait yaratmaq lazımdır ki, onlar öz qabiliyyətlərini ortaya qoysunlar. Bunu etməsək, bizə işsizliyi aradan qaldırıb, onu məqbul səviyyəyə endirməkdən ötrü bir neçə onilliklər lazım olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.