Bakıda "bərkgedən" məmur yol polisinin üstünə "protiv" sürdü - VİDEO

28-11-2021, 00:02           
Bakıda "bərkgedən" məmur yol polisinin üstünə "protiv" sürdü - VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində birtərəfli hərəkət təşkil edilmiş yolun əksi istiqamətində hərəkət edib. O, axına qarşı gedərək qarşıdan gələn 99-YP-512 qeydiyyat nişanlı YPX avtomobilinin üzərinə sürüb. Bundan sonra sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq oradan sağa dönüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Çingiz Qədimova məxsusdur. O, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini və həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru