“Azərsu”dan abonentlərə MÜHÜM XƏBƏRDARLIQ - Bu şəxslərə pul verməyin VİDEO

28-11-2021, 10:52           
“Azərsu”dan abonentlərə MÜHÜM XƏBƏRDARLIQ -
Abşeronda özünü "Azərsu"nun əməkdaşı kimi təqdim edən şəxsi sakinlər ifşa ediblər. Əlində dəftər qələmlə obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlan şəxsin əslində niyyəti başqa olub. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Həmin şəxsin "Azərsu"ya heç bir aidyyatının olmadığını öyrəniblər.

Musavat.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, su sayğaclarına baxaraq vətəndaşlardan pul istəyib. Hadisə Abşeronda Masazır kəndində qeydə alınıb.

Özünü Rəşad Əsgərov kimi təqdim edən bu şəxs Abşerona işləmək üçün gəldiyini deyir. Sonra əlinə dəftər qələm alaraq obyektlərə yaxınlaşıb su sayğacları ilə maraqlanıb. Onun davranışlarından şübhələnən vətandaşlar su idarəsi ilə əlaqə saxlayıblar. Bundan sonra həmin şəxsin azərsuya heç bir aidyyatının olmadığını öyrəniblər.

Vətəndaşlar belə hallar əvvəllər də qarşılaşdıqlarını deyirlər.

Məsələyə Azərsu ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllıda münasibət bildirib.

Rəşad Əsgərovu vətəndaşlar polisə təqdim etmək istəsələrdə həmin şəxs sonradan hadisə yerindən qaçıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru