SON DƏQİQƏ: Dollar Azərbaycanda da BAHALAŞACAQ? - VACİB AÇIQLAMA

30-11-2021, 08:36           
SON DƏQİQƏ: Dollar Azərbaycanda da BAHALAŞACAQ? - VACİB AÇIQLAMA
Qardaş ölkə Türkiyədə lirə gündən günə ucuzlaşır. Bəs bu vəziyyət Azərbaycanda da gözlənilirmi? Manat hansı halda dəyərini itirə bilər?

Məsələ ilə bağlı Sonxeber.az-a iqdisatçı Rəşad Həsənov açıqlama verib.

O bildirib ki, faktiki olaraq manatın ucuzlaşması ilə bağlı fiziki təzyiqlər yoxdur:

"Təbii ki, Azərbaycanın əsas xarici tərəfdaşları olan ölkələrdə, xüsusilə də İran və Türkiyədə milli valyutaların ucuzlaşması müəyyən qədər bu istiqamətdə, kiçik də olsa, çağırışlar yaradır. Amma nəzərə almaq lazımdır ki, faktiki olaraq bu gün Azərbaycan manatının məzənnəsi təxminən 90% neftin qiymətindən asılıdır və neft kifayət qədər baha qiymətə satılır.


Yəni hökümətin 2021-ci il büdcəsində nəzərdə tutduğundan təxminən ikiqat baha satılır və eyni zamanda 2022-ci ilin fiskal siyasətində nəzərə alındığından da 80% bahadır. Bu isə strateji valyuta ehtiyatlarının artırılmasını mümkün edir Eyni zamanda, bu, faktiki olaraq, hədiyyə balansının taksitinin və ticarət saldosunun daha da artmasına səbəb olur.

Yəni dolayısıyla artan strateji valyuta ehtiyatları Azərbaycan hökümətinin mövcud siyasəti davam etdirməsi istiqamətində imkanlar yaradır.

Bundan başqa, nəzərə almaq lazımdır ki, indiki şərtlər daxilində manatın dəyərsizləşdirilməsi çox ciddi sosial hesablara gətirib çıxara bilər. O baxımdan ki, hazırda inflyasiya təzyiqləri kəskin şəkildə artıb. Bunu xüsusilə də qlobal bazarlarda baş verənlər göstərir. Azərbaycan höküməti manatın məzənnəsini sabit saxlamaqla bu istiqamətdə mümkün təzyiqləri neytrallaşdıra bilir.

Hökümətlər adətən milli valyutanın dəyərsizləşdirilməsindən iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədilə istifadə edir, amma Azərbaycanda istehsal imkanları məhduddur. İş iqtisadiyyatı şaxələndirilməyib. Bu şərtlər daxilində hökümət seçim etmək məcburiyyətindədir və ona görə də, böyük ehtimalla, bu gün sosial riskləri önə çıxaracaq və belə bir qərarı qəbul etməyəcək.

Digər bir faktor isə hökümətin verdiyi mesajlardır. Bu mesajların oxunması da onu göstərir ki, hələlik, qısamüddətli dövrdə ən azından enerji bazarlarında hər hansı bir ciddi qiymət ucuzlaşması baş verməsə, hökümət devalvasiyaya getməyəcək. Çünki bu gün 2022-ci il üçün dövlət büdcəsinin hazırlanması çərçivəsində strategiyaya və Mərkəzi Bank rəsmilərinin açıqlamalarına baxanda görürük ki, hökumət sabit məzənnə siyasətini qoruyur və hətta bundan sonrakı beş il üçün belə, manatın məzənnəsini proqnozlaşdırır.

Bütün bunlar onu deməyə əsas verir ki, narahatlığa ciddi əsas yoxdur. Yaxın bir ildə hər hansı kəskin neft ucuzlaşması baş verməsə, devalvasiya olmayacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.