Yoxsullar üçün lombard “tələsi”: - “Əhaliyə kredit verir, qızıllarını götürüb qaçır”

30-11-2021, 19:17           
 Yoxsullar üçün lombard “tələsi”: -
Lombardların özbaşınalıqlarına son: “Bu sahədə xeyli qanunsuzluq var “Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanunun yaxın vaxtlarda qəbul edilməsi gözlənilir.

Bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

O qeyd edib ki, burada təkcə nağdsız hesblaşamalardan söhbət getmir: "Bu hesablaşmaları aparan təşkilatların fəaliyyətinin qanuni əsaslarının yaradılması nəzərdə tutulur”.

Zakir Nuriyevin sözlərinə görə, Azərbaycanda lombardlar haqqında yeni qanun layihəsi hazırlanıb: “Sənəd müvafiq dövlət orqanlarına təqdim edilib".

Artıq bir neçə ildir ki, ölkədə lombardlar fəaliyyət göstərsə də, bəzən onları qeyri-qanuni fəaliyyət sahəsi də hesab edirlər.

Yeni qanun layihəsi ilə lombardların fəaliyyətində hansı dəyişiklik müşahidə olunacaq? Onlar da valyutadəyismə məntqələrinin aqibətini yasayacaq, yaxud bağlana və ancaq bankların lombard fəaliyyətinə icazə verilə bilər?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bununla bağlı bildirdi ki, "Lombardlar haqqında" qanun layihəsi artıq 3 ildir ki, var və müzakirə olunur:

"Nəzərdə tutulur ki, lombardların fəaliyyəti Mərkəzi Bank tərəfindən leqallaşdırılacaq. Bu hər bir halda düzgündür. Çünki bu gün lombard fəaliyyəti sahəsində tam özbaşınalıqdır. Yəni kim istəyirsə lombard aça bilir.

Əhaliyə kredit verir, girov kimi qızıllarını götürür, hətta bəzən qızıllarını götürüb qaçır. Ümumiyyətlə, bu sahədə qanunsuzluq çoxdur. Hər bir halda bu fəaliyyət tənzimlənməli, nəzarət olunmalıdır. Düşünmürəm ki, valyutadəyişmə məntəqələrinin taleyini yaşayacaq. Ancaq əlbəttə ki, lisenziyanı hər kəsə verməyəcəklər".

Ekspert hesab edir ki, Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur:

"Bu gün bank olmayan kredit təşkilatları, banklar, lombardlar da var. Banklar və bank olmayan kredit təşkilatlarının fəaliyyətləri Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılır. Ancaq bu lombardlara şamil edilmir.

Bəs bunların fəaliyyətində fərq nədir? Bank və bank olmayan təşkilatların fəaliyyətində fərq məlumdur. Bank olmayan kredit təşkilatı yalnız kredit verir. Bank isə həm də bank hesabı aparır, pul köçürür, valyuta əməliyyatı və s. Bank olmayan kredit təşkilatı ilə lombardın fərqinə gəldikdə, əslində hər ikisi kredit verir. Bəz niyə birinin faəliyyəti lisenziyalaşdırılır, digərinin ki, yox? Çünki bank olmayan kredit təşkilatı başqasından götürdüyü pulu kredit verə bilər, yəni bankdan, digər şəxsdən götürdüyü pulun üzərinə faiz qoyub kredit verə bilər.

Ancaq lombard sahibi isə öz pulunu verməlidir. Bu gün Azərbaycanda hansı lombard öz pulunu verir? Mən bir neçə il bundan əvvəl Vergilər Nazirliyinin saytında baxmışdım, Azərbaycan lombardlarının sahibinin pulu 5-10, ən yüksək 200 manat idi. Bu o deməkdir ki, onlar da kredit verəndə öz pulunu vermir və bank olmayan kredit təşkilatı kimi bankdan, yaxud digər yerdən kredit götürür, bəziləri qanunsuz olaraq vətəndaşdan əmanət yığırlar.

Bir neçə il öncə Pirallahıda belə bir hadisə olmuşdu ki, bir lombard əhalidən əmanət kimi kredit götürmüşdü, sonra da onların pulunu qaytarmadılar. Lombardın sahibi də özünü öldürdü və öncədən də kağız yazmışdı ki, bunun günahkarı mənim şəriklərimdi, onlar da pulu yeyiblər, heç kəs də bu işlə məşğul olmur. Yəni bu sahədə xeyli qanunsuzluq var və lombardların fəaliyyəti qanunsuzdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.