Zəngilanda aparılan yenidənqurma işləri kimlərin həbsinə səbəb olacaq... - İDDİA

1-12-2021, 00:09           
Zəngilanda aparılan yenidənqurma işləri kimlərin həbsinə səbəb olacaq... - İDDİA
Uzun müddətdir Zəngilanda tikintilərin aparılması ilə bağlı ürək açan xəbərlər mətbuatın gündəmini zəbt edir. Bu xəbərlərin hansı saytlarda dərc olunması, hansı televiziyalarda işıqlandırılmasından asılı olmayaraq, bizi sevindirir. Amma elə məsələlər var ki, onu ictimaiyyətdən gizlətmək, ölkə başçısının diqqətindən yayındırmaq olmaz. Bu gün Zəngilan rayonunda aparılan yenidənqurma, abadlıq, bərpa işləri çox çətinliklər hesabına başa gəlir. O çətinliklər ki, onun öhtəsindən gəlmək üçün həm maddi, həm də mənəvi cəhətdən böyük dəstəklərə ehtiyac duyulur. Hal-hazırda bizim toxunacağımız məsələ heç kimdən gizlədiləsi xəbər deyil, çünki cənab Prezidentimiz bu tipli məsələlərin mətbuat vasitəsilə ona çatdırılmasını istəmişdir.
Biz cənab Prezidentimizə kömək məqsədilə əlimizdə olan video materialı təqdim edirik. Xatırladım ki, bizdə olan məlumata görə Zəngilan rayonunda "Ağıllı kənd" layihəsinin iş icraçısı kimi "AS QRUP İNŞAAT" MMC tanınır. İşlərin düzgün aparılmaması, gələcəkdə hansısa problemlərin olması, video materialda öz əksini tapmışdır. Kimlərinsə təzyiq edəcəklərini, şərlətdirərək həbs etdirəcəklərini göz önünə alaraq belə bu tipli məsələləri cənab Prezidentimizdən gizlədə bilmərik. Onu da nəzərinizə çatdıraq ki, "AS QRUP İNŞAAT" Prezident Aparatında işləyən Hüseyn Mövsümovun qohumu, Şahmar Mövsümovun qardaşı Şahin Mövsümova məxsusdur. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.