Qazax şəhər stadionu bərbad vəziyyətdədir - FOTOLAR

1-12-2021, 17:53           
Qazax şəhər stadionu bərbad vəziyyətdədir - FOTOLAR
40 illik tarixi olan Qazax şəhər stadionu bərbad vəziyyətdədir.

Bu barədə Sportlife.az-a daxil olan şikayətdə bildirilir. Qeyd olunur ki, təmir işləri yarımçıq dayandırılan stadionla maraqlanan da yoxdur:

“Stadion 2018-ci ildə təmir olunmalı idi, ancaq heç bir iş görülmədi. Futbolçular torpağın üzərində oynayırlar. Paltardəyişmə otağı tövləyə oxşayır. Əslində, burada yaxşı baza yaratmaq olar. Ancaq bunun üçün təmirə ehtiyac var.

Ümumiyyətlə Qazax futboluna diqqət ayırılmır. AFFA-nın icraçı baş katibi Elxan Məmmədov Tovuza qədər gedir, ordan geri qayıdır. O, hələ 1 dəfə də Qazaxa ayaq basmayıb.

Bu il bütün klublara forma, inventarlar verildi, amma “Göyəzən”ə verilmədi. Futbolçular 3-4 ildir ki, eyni formanı geyinirlər”.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru