Rusiyada son bir ildə ölüm halları müharibədən sonrakı rekord həddə çatıb

2-12-2021, 09:23           
Rusiyada son bir ildə ölüm halları müharibədən sonrakı rekord həddə çatıb
Rusiyada 2020-ci ilin dekabrından 2021-ci ilə qədər ölüm nisbəti rekord həddə çatıb. İl ərzində bu göstərici 2,4 milyon nəfəri ötüb.

Ölənlərin sayına görə əvvəlki rekord 2003-cü ildə qeydə alınıb- 2,37 milyon nəfər.

İndi isə 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər ölənlərin sayı 2,39 milyona çatıb. Bu, təxminən hər 1000 nəfərə 16,4 təşkil edir.

Beləliklə, hazırkı göstərici Böyük Vətən Müharibəsindən bəri ən pis göstəricidir.

O vaxtlar ölüm səviyyəsi hər 1000 nəfərə 30-50 səviyyəsində, yəni indikindən 2-3 dəfə çox olub.

İndiyədək miqrasiya nəzərə alınmadan əhalinin təbii azalması 990 000 min nəfəri keçib. Mütəxəssislərin fikrincə, bu ölüm hallarının səbəblərindən biri də koronavirus pandemiyası olub. Səhiyyə sektorundakı yüklənmənin də bunda payı var.

Mənbə: Vedmosti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.