Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR – İDDİA

5-12-2021, 07:36           
Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR – İDDİA
Bank kartı ilə fırıldaqçılıq hadisələrinə demək olar ki, hər gün rast gəlinir. Bu gün isə daha qəribə hadisə yaşanıb. Beynəlxalq Bankın müştərisi olan bir neçə şəxsin kartından əsassız olaraq müəyyən məbləğlərdə pul çəkilib.

Bununla bağlı bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə səhər saatlarında onların kartlarından 12-15 manat müqabilində pul çıxılıb və durumla bağlı Beynəlxalq Bankla əlaqə yaradıblar.
Bankdan isə vətəndaşlara pulun çıxılmasının texniki səbəbdən baş verdiyi əsas gətirilib.

Bizim.Media məsələ ilə bağlı Beynlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli ilə əlaqə yaradıb.

Bank rəsmisi sorğumuza cavabı əlaqədar şəxslərdən münasibət alandan sonra təqim edəcəyini deyib.

Məsələni diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru