Pandemiyadan sonra yolka bazarı: Mallar köhnədir, bayram əhvalı isə yoxdur

9-12-2021, 07:50           
Pandemiyadan sonra yolka bazarı:
Sputnik Azərbaycan müxbirləri şəhərdəki satış məntəqələrində yolka və onun bəzəklərli ilə bağlı qiymətlərlə maraqlanıb. Bayram yolkasının neçəyə başa gəldiyini öyrənib.
Yolka, yəni müxtəlif oyuncaqlar və rəngli işıqlarla bəzədilmiş şam ağacı Yeni il bayramının əvəzolunmaz atributlarından biridir.
Kimisi bu atributa çox pul xərcləyir, kimisi isə bunu önəmli saymır.
Paytaxtda metrostansiyaların çıxışında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bayram çadırları quraşdırılıb. Bayram çadırlarında yolkalar, yeni il aksessuarları satışa çıxardılıb. Sputnik Azərbaycan yeni il ərəfəsi bir yolkanın bəzədilməsin üçün nə qədər xərc tələb olunduğunu araşdırıb.
Satıcı pandemiyadan əvvəl yolkaların daha baha satıldığını söylədi. Onun sözlərinə görə, pandemiya səbəbindən bu il yeni il aksessuarları gətirilməyib. Anbarda olan mallar mağazaya daşınır:
"Bizim bazarımız ildə bir dəfə, bir ay olur. Bu il isə heç siftə etməmişik. Həm şəhidlərimizə görə, həmçinin də pandemiya səbəbindən alıcı yoxdur. Malları bir həftədir mağazaya yığsaq da, hələ bir yolka belə satmamışıq".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.