Bakı Qızlar Universiteti hər məzundan 50 manat yığır - SƏBƏB

10-12-2021, 15:40           
Bakı Qızlar Universiteti hər məzundan 50 manat yığır - SƏBƏB
Bakı Qızlar Universitetinin (BQU) mühasibatlığı diplomunu götürmək istəyən hər məzundan 50 manat tələb edir. Məzunlara ödənişi bankla da ödəyə biləcəkləri bildirilir. Bununla bağlı tədris işləri üzrə prorektor Həvva Abdullayevanın göstərişi olduğunu deyirlər.

Bu barədə Axar.az-a universitetin məzunlarının şikayəti daxil olub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən BQU-nun prorektoru Həvva Abdullayeva bildirib ki, məzunlardan 50 manat diploma görə tələb edilmir:

“Universitet yaranandan, yəni 30 ildir qayda belədir. Ötən il pandemiya ilə əlaqədar tələbələrlə kontakt çox zəif olduğu üçün belə bir anlaşmazlıq yaranıb. Bu məbləğ 4-cü kursun təhsil haqqına əlavədir. Yekun attestasiya ilə bağlı komissiya təşkil olunur, sədr dəvət edilir, sənədlər işlənir, əmək haqqı ödənilir. 50 manat bütün bunlara görə təhsil haqqına əlavə edilir. 1-ci kursa sənəd verərkən universitetlə bağlanılan müqavilədə də bu öz əksini tapır. Məzunlar bankla da ödəniş edib qəbzi gətirə bilirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.