11 uşaq anası ailəsinə hazırladığı şam yeməyini nümayiş etdi və tənqid olundu - FOTO/VİDEO

11-12-2021, 08:28           
11 uşaq anası ailəsinə hazırladığı şam yeməyini nümayiş etdi və tənqid olundu - FOTO/VİDEO
ABŞ-da məşhur “TikTok” bloqeri və 11 uşaq anası Vernonika Meritt ailəsi üçün şam yeməyinin görüntülərini paylaşıb. Lakin video bir çox istifadəçilərin narazılığına səbəb olub.

Şam yeməyi ətsiz və soussuz makaron, dondurulmuş tərəvəzlər və sarımsaqlı çörəkdən ibarət olub.

Video az müddətdə milyonlarla baxış toplayıb.

Ancaq bir çoxları qadının şam yeməyi seçiminə görə tənqid edib.

“Zülal yoxdu, ancaq karbohidrat”, “Ət hanı bəs?”, “Uşaqlara yazığım gəlir”, “Yemək iyrənc və zərərli görünür”, - deyə onlar bildiriblər.

Başqa istifadəçilər isə yemək porsiyalarının çox az olmasından narazı olublar.

Meritt bəzi neqativ şərhlərə cavab verməli olub. Bloqerin sözlərinə görə, həmin gün uşaqlar artıq zülalla zəngin yemək yemişdilər, ona görə şam yeməyi karbohidratlardan təşkil olunub. Bəzi porsiyaların kiçik olmasını isə qadın uşaqlardan bəzilərinin yaşlarının 6-dan az olması ilə izah edib.

“Mənə yemək bişirməyi bacarmadığımı deməmişdən əvvəl xahiş edirəm digər videolarıma baxın”, - deyə bloqer tənqidçilərə müraciət edib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru