İlon Mask 963 milyon dollar dəyərində səhmlərini satdı

11-12-2021, 08:48           
İlon Mask 963 milyon dollar dəyərində səhmlərini satdı
“Tesla” elektrik avtomobillərinin istehsalçısı İlon Mask 2,2 milyon opsiondan istifadə edərək vergi ödəmək üçün öz şirkətinin 963 milyon dollarlıq səhmlərini satıb.

Bu barədə “Bloomberg” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.

Xatırladaq ki, Mask noyabrdan etibarən şirkətdəki payını azaltmağa başlayıb. Təkcə son 5 həftə ərzində o, təxminən 11,8 milyard dollar dəyərində “Tesla” səhmlərini satıb.

Qeyd edək ki, “Forbes” reytinqinə əsasən, noyabrın 1-də İlon Mask tarixdə sərvəti 300 milyard dolları ötmüş ilk şəxs olub. Hazırda Maskın sərvəti 266 milyard dollar hesablanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru