“Zoom” zəngi ilə 900 işçisini işdən qovan şirkət rəhbəri məzuniyyətə yollandı - VİDEO

12-12-2021, 11:58           
“Zoom” zəngi ilə 900 işçisini işdən qovan şirkət rəhbəri məzuniyyətə yollandı - VİDEO
Better.com-un rəhbəri amerikalı Vişal Qarq 900 işçini videozənglə işdən çıxarılması ilə əlaqədar tənqidlərə dözməyərək məzuniyyətə yollanıb.

Bununla bağlı direktorlar şurasının işçilərə yolladığı məktubda deyilir ki, Qarq ötən həftə baş verən hadisələrdən sonra məzuniyyətə çıxıb. Şirkətdən həmçinin bildirib ki, iş mədəniyyətini qiymətləndirmək və təkmilləşdirmək üçün üçüncü tərəfi işə götürüb.

Qeyd edək ki, dekabrın 1-də Better.com ipoteka startapının təsisçisi və baş direktoru Vişal Qarq “Zomm” vasitəsi ilə etdiyi video zəngdə 900 nəfəri birdən işdən çıxarıb.

“Siz əgər bu videodanışıqda iştirak edirsinizsə, deməli işdən qovulan qrupun içindəsiniz… Sizin bu şirkətdə işiniz dayandırılıb”, - deyə o, bildirib.


Çıxışının sonunda o, işçilərə təşəkkür edib, işlərində uğurlar arzulayıb və videonu söndürüb.

Qarq şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. Bundan sonra şirkət rəhbəri qovulanlara elektron formada üzrxahlıq məktubu yollayaraq, onları bu şəkildə işdən azad etməməli olduğunu etiraf edib.

Mənbə: tjournal.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.