SƏFƏR MEHDİYEV DEPUTATLARIN BİZNESİNİ NECƏ ARAŞDIRIB? – Ekspert maraqlı faktlar açıqladı

12-12-2021, 12:28           
SƏFƏR MEHDİYEV DEPUTATLARIN BİZNESİNİ NECƏ ARAŞDIRIB? –
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev nəyin əsasında deputatları şəbəkə biznesi qurmaqda və fırldaqçılıqda ittiham edib?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, DGK son zamanlar “Smart Customs” və bir çox digər uğurlu rəqəmsal həllər hazırlayıb.

Onun sözlərinə görə, bu rəqəmsal resurslarda son bir ildə 200-dən çox karqo (kuryer) şirkət, yüz minlərlə vətəndaşlarımız qeydiyyatdan keçib. Dövriyyə ildə 200 milyondan yuxarıdır.

Ekspertin sözlərinə görə, vətəndaşlar bu daşıyıcı şirkətdən istifadə edərək, xaricdən aldığı malları “Smart Customs”da bəyan etməklə daha asan və rahat formada əldə edirlər: “Mallardakı bahaçılıq, Türkiyədəki ucuzluq bu prosesi xeyli kütləviləşdirib. Güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb. Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla, bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq malların konket bir fiziki şəxsə, yoxsa minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyən edə biliblər”.

Osman Gündüz vurğulayır ki, DGK sədrinin bu cür "limit şəbəkəsi" üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deməsi onu göstərir ki, görünür gömrüyün İT komandası yaxşı işləyib: “Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa, bu cür açıq-aşkar ittiham etməzdi . Ümumiyyətə, müşahidələrimiz gösrtərir ki, son zamanlar bir çox dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv istifadə edirlər”.

Xatırladaq ki, DGK sədri Səfər Mehdiyev deputatları fırıldaqçılıq yolu ilə gömrükdən mallar keçirməkdə ittiham edib.

“Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”,- S.Mehdiyev vurğulayıb.

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.