"Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacaq" - Kəmaləddin Heydərov

12-12-2021, 14:05           
"Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacaq" -
"Fövqəladə Hallar Nazirliyi ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir".

"Report"un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib.

"Qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər var. O vaxt məcburi köçkünlərin çox olduğu vaxtlarda belə problemlər ortaya çıxmışdı. Məsələn, Bakı şəhərində çoxmərtəbəli binalar var idi ki, onların yanğın təhlükəsizliyi təmin olunmamışdı, istismara qəbul edilməmişdi. Sonradan həmin binalar texniki şərtlərə uyğun hazırlanıb, problemlər aradan qaldırıldıqdan sonra istismara qəbul edilib. Bu proses digər rayonlarda da davam etdirilir. Hesab edirəm ki, Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacaq. Hər kəs bilir ki, qanunsuz tikililər insan həyatı üçün təhlükəlidir və belə tikililər dövlət tərəfindən qəbul edilməyəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.