“Səhiyyə turizmi bir ölkənin səhiyyəsi üçün böyük zərbədir” - Məşhur cərrahdan xəbərdarlıq

13-12-2021, 17:09           
“Səhiyyə turizmi bir ölkənin səhiyyəsi üçün böyük zərbədir” -
Tanınmış cərrah Eldar Əhmədov son zamanlar xəstələri xaricə aparmaq üçün reklam aparan şirkətlərin fəaliyyətindən narazıdır.

E.Əhmədov bununla bağlı fikirlərini sosial şəbəkə hesabında paylaşıb. Həkimin sözlərinə görə, son zamanlar xəstələri xaricə daşımaq üçün çoxlu şirkətlər yaranıb və dayanmadan reklamlarla məşğuldurlar:

“Bu bizim üçün ən strateji nüanslardan biridir. Bunun adı səhiyyə turizmi adlanır. Səhiyyə turizmi bir ölkənin səhiyyəsi üçün böyük zərbədir. Ölkədən xaricə valyuta gedir, ölkənin tibbi statistikası alt-üst olur. Son zamanlar müşahidələrimə görə, xaricdə demək olar ki, əksəriyyət yerlərdə məşhur həkimlər belə müasir tibbi protokollordan çıxıblar. Çünki xarici vətəndaş təmiz valyuta mənbəyidir və elədikləri əməliyyatlara görə və yaranacaq problemlərə görə heç kim onları məsuliyyətə cəlb etməyəcək. Bu ölkə bizimdir. Bunun üçün bir Azərbaycan vətəndaşı olaraq hər kəs düşünməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.