Daşnmaz əmlak bazarında bahalaşma: "Villaların qiyməti 3 dəfə, torpaq qiymətləri 2 dəfə artıb" -

13-12-2021, 18:18           
Daşnmaz əmlak bazarında bahalaşma:
Bakıda torpaq sahələri ucuzlaşıb. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, noyabr ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 17 220 manat olub. Mövcud qiymət əvvəlki ay ilə (oktyabr) müqayisədə 8,8 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz azdır. Bu da torpaq bazarında qiymətlərdə mütəmadi azalma müşahidə olunduğunu göstərir. Ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 20 519 manat təşkil edib. 2021-ci ilin oktyabr ayında isə bu qiymət 18 878 manat olub. Həmçinin, tikinti materiallarının ümumi qiyməti ay ərzində 1,3 faiz, il ərzində isə 24,2 faiz artdığı deyilir.

Maraqlıdır, torpaq satışında tənzimləmə necədir?

Teref.az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan əmlak eksperti Elnur Azadov bildirib ki, torpaqların satışında ucuzlaşma deyil, köhnə qiymətlərə qayıdış var:

“Qeyri-adi hal baş verdi, illər boyu satılmayan torpaqlar pandemiyada satıldı, insanlar qapanmaya həddindən artıq meyl göstərdilər. Bu baxımdan fərdi evlərə təlabat artdı".

Əmlak eksperti bildirib ki, pandemiyada icarəyə verilməyən villalar, fərdi həyət evləri kirayə verildi, satılmayanlar satıldı: “Vətəndaşlar düşündülər ki, buna təlabat ilbəil artacaq. Ona görə də fərdi evlərin tikilməsi üçün torpaq sahələrinin alınmasına meyil göstərdilər, təlabat dəfələrlə artdı. Bakıya giriş- çıxış qapalı olan zaman turzmdən istifadə edə bilməyənlər kirayə götürmək üçün villalar axtardılar. Villaların qiyməti 3 dəfə, torpaq qiymətləri 2 dəfə artdı. Bəzi torpaqların 50-70 faizədək qiymətləri qalxdı”.

Ekspert bildirib ki, hazırda əmlak bazarında ən çox yeni tikintisi başlayan binalardakı evlərin qiymətləri qalxıb: "Buna səbəb yeni verginin tətbiqi, inşaat normativlərinin daha sıx tətbiq olunması və materiallardakı qiymət artımıdır “.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.