““Azal“ qaldıra-qaldıra gedir“ – Milli Məclisdən sərt təpkibackend

14-12-2021, 16:57           
““Azal“ qaldıra-qaldıra gedir“ – Milli Məclisdən sərt təpkibackend
“Burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz eşidəcəyik”.

Teref.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin iclasında çıxışi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, İrəvandan İstanbula reys açırlar:

“Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın. Ora gedib o qiymətlə uçuş edim. Deputat həmkarlarım, onsuz da sözümuz havada qalır. Bəlkə bu məsələni qaldırmayaq. Onsuz da AZAL qaldıra-qaldıra gedir. Bir futbol komandasını da saxlaya bilmədi. Bir sədr kimi bu məsələyə qarışın və həll edin”.

Yenisabah












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru