İnsan hüquqları üzrə müvəkkili müvəkkillikdən imtina edir - Ombudsman Aparatının rəhbəri “gül vurur”

14-12-2021, 17:27           
İnsan hüquqları üzrə müvəkkili müvəkkillikdən imtina edir -
"Əlilliyi olan şəxslərin tam hüquqsuz durumda olmaları nə sosial, nə iqtisadi və nə də hüquqi yöndən müdafiə olunmamalarında özünü göstərir. Absurd teatrına bənzəyir , sosial təminat , müdafiə orqanları sosial xidmətdən, hüquq mühafizə orqanları , məhkəmələr hüquqi müdafiədən imtina edirlər. İqtisadi sahəyə gəldikdə isə, bu sahədə əlillərin fəaliyyətinə ümumiyyətlə qadağa qoyulub, banklar hətta ianələrdən faiz tuturlar. Zavallı əlil dərdini deməyə bir ünvan da tapmır. Bəs Ombudsman – Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Nə qədər ağrılı olsa da, Ombudsmanın da müvəkkillikdən imtina etməsi aparat rəhbərinin qanunsuz cavabları ilə doğrulanır. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi 6 ildir qəbul etdiyi qərarın icrasını təmin etməkdən və tələbkarın verdiyi ərizələrə baxmaqdan imtina edir, pandemiya dövrünün bağlı saxladığı məhkəmə binasında “açıq” qərar(dad)lar “qəbul edir” , Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Ombudsmanın məhkəmənin fəaliyyətini yoxlamaq səlahiyyətinin olmadığını bildirir! Bəyəm Ombudsmandan məhkəmənin fəaliyyətini yoxlamağı tələb edən var? “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun 1.9 maddəsində OMBUDSMANIN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ VƏ VAXTINDA VERİLMƏMƏSİ, MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR POZULMUŞ İNSAN HÜQUQLARININ BƏRPASI HAQQINDA ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU DOĞRULANIB. Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli pandemiya dövründə “qəbul etdiyi” 15.05.2020 və 17.06.2020 tarixli “Azəriqaz”a qarşı 2 aktını 2 ilə yaxındır rəsmi – qeyri-rəsmi qaydada verməkdən imtina edir, Ombudsman Aparatının rəhbəri isə hakimin fəaliyyətini yoxlamaqda aciz olduğunu bildirir. Məhkəmə sənədlərinin itirilməsi və vaxtında verilməməsi Bakı İnzibati Məhkəməsində iş normasına çevrilib. Ali Məhkəmənin 27.11.2020 tarixli Məlumatı əsasında işlərə baxılmasının dayandırılmasına baxmayaraq, Rüstəm Kərimli 01.12.2020-ci il tarixli qərardad qəbul edib guya . Axı, məhkəmə qapıları bağlı olub, hakim pəncərədən keçib iclas zalına? Bəs sədr Araz Hüseynov necə, o da “evdəqal” rejimində məhkəmədə qalmağa üstünlük verib? Ombudsman bu “evdəqal” qərardadlarının “tapılmasını” da hüququ pozulanlara həvalə edir, guya göndərildiyini bildirir? !

Bakı Apellyasiya Məhkəməsi sənəd itirməkdə, verməməkdə “balaca qardaş”ından geridə qalmır. Təsəvvür edin, Səadət Bəktaşinin sədri olduğu heyət artıq 5-ci aydır Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN tabeliyində DSMF-ə qarşı dələduzluqla yarıqat edilən pensiyasının bərpa olunması haqqında iddiası üzrə 03.08.2021 tarixli qərarını verməkdən imtina edir. Ombudsman isə susur. Yujdaq institutunun yetirməsi Xəyalə Cəmilova isə 14.04.2021 tarixli qərardadını 8 aydır vermir! (?) Belə özbaşınalıq olar? Özbaşınalıqdan şikayətlərə cavab olaraq Qarabağ qazisi kassasiya şikayəti vermək üçün vəkillə təminatı barədə ərizə vermədiyi halda, gizlin 0 il stajlı vəkil ayrılıb və. .. özbaşınalıq hələ də sürür. Ali Məhkəməyə MM-dən transfer olunan Səyyad Kərimov da “siftəsini korlamamaq” qərarına gəlib və 70 gündür saxta qərarını vermir . Belə çıxır, vətəndaş vəkil ayrılmasına ərizə vermədiyi halda Bakı Apellyasiya Məhkəməsi özü onun əvəzinə ərizə yazıb ? Bu ki konkret saxtalıq faktıdır. Ombudsman bununla bağlı Məhkəmə Hüquq Şurasının sədrinə, baş prokurora müraciət etməyə borcludur. Qarabağ qaziləri məhkəmə hakimiyyətinin basqısı altında sosial-tibbi təminat hüquqlarından məhrum ediliblər , axı! Amma Ombudsman Aparatı Ombudsmanın müvəkkillikdən imtinasına hüquqi don geyindirməklə məşğuldur. Beynəlxalq Bankın qazinin hesabına daxil olan yardımdan faiz tutmasından ali dövlət hakimiyyəti orqanlarının başçılarına, Mərkəzi Bankın sədrinə şikayətlər sonuc vermədiyindən Ombudsmana üz tutan Qarabağ qazisinə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı elə cavab yazıb ki, nəinki “tarixi – Nadiri yarıyadək oxuyan”lar, heç “Ombudsman haqqında” Konstitusiya qanununu sonacan oxuyanlar da nəsə anlamaqda acizdirlər. Beynəlxalq Bankın Nizami filialının hesaba köçən vəsaitdən faiz tutmasına cavab olaraq bildirilib ki,

bank sektorunda tənzimləməni Azərbaycan Mərkəzi Bankı həyata keçirir və “Ombudsman haqqında” qanunun 1.5 maddəsinə görə, Ombudsmanın fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bu yekəlikdə özbaşınalığı təsəvvür edin! Ombudsman (Aparatı) açıq-aşkar müvəkkillikdən imtina edir ki, Mərkəzi Bankın “çestinə dəyər”. Belə müvəkkilliklə insan hüquqları qorunar, amma sözdə…"

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.