Samir Şərifovun VAXTI ÇOXDAN YETİŞİB... - AMMA...

14-12-2021, 17:38           
Samir Şərifovun VAXTI ÇOXDAN YETİŞİB... - AMMA...
"Əslində Samir Şərifov Azərbaycan Beynəlxalq Bankı ilə bağlı qalmaqallı olaylar zamanı çıxdaş olunmalı idi. Amma siyasi qərar verilmədi. Samir Şərifov da öz işini, ehtiyatını gördü. Hətta müxalif medi ilə də əlaqəyə girərək əməkdaşlıq etdi ki, neqativlərinin ictimailəşdirilməsini əngəlləyə bilsin. İstəyinə nail oldu da. İndi də həmin gedişlərinin bəhrəsini görür". DİA.AZ bildirir ki, bu barədə hökumətdəki mənbə "Samir Şərifov nə zaman gedir" sualını cavablandırarkən deyib.

Adının çəkilməsini istəməyən qaynaq iddia edir ki, Samir Şərifov yeniləşən hakim düşərgədə nə qədər yad görünsə də, həm də özünü ustalıqla yeni formata uyğun təqdim etməyi bacaran bir müəmmalı fiqurdur. Mənbənin dia.az-a söylədikləri:

"Ona görə də Samir Şərifovun nə vaxt gedəcəyini söyləmək çətindir. Və istənilən an belə bir qərarın verilə biləcəyini də qeyd etmək olar. Yəni Samir Şərifov bir növ iynə üstündə oturmuş fiqurdur və onunla bağlı həqiiqətən də müəyyən niyyətlər mövcuddur".

Mənbənin fikirlərinə görə, gələn ildən hakimiyyət radikal dəyişikliklərə gedəcək: "Bu əsnada isə Samir Şərifovun ofsaytda qalacağını təxmin etmək çətindir".

Xatırladaq ki, yerli KİV-də Samir Şərifovun vəzifəsindən azad ediləcəyi və bu qərarın yeni ilin ilk günlərdə veriləcəyi haqda informasiyalar yayılıb.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərrəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.