Borc qalmaqalı sabah bəzi binaları istiliksiz qoya bilər - VİDEO

15-12-2021, 00:03           
Borc qalmaqalı sabah bəzi binaları istiliksiz qoya bilər - VİDEO
Ölkə üzrə mərkəzi istilik sistemi ilə təchiz edilən bəzi binalara istiliyin verilməsi dayandırıla bilər.

Teref.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.

O bildirib ki, "Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəmək üçün verilən vaxt dekabrın 15-də başa çatacaq.

Nir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, noyabrın 15-dən indiyə qədər qarşı tərəf üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməyib.

Borc ödənilməyəcəyi təqdirdə "Azəriqaz" İstehsalat Birliyi borclu qazanxanaların qaz təchizatını dayandıracaq.

Daha ətraflı videodan izləyin:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru