Tövlə, yoxsa uşaq bağçası? - VİDEO

15-12-2021, 19:51           
Tövlə, yoxsa uşaq bağçası? - VİDEO
Ucarın Təzə Şilyan kəndində ötən əsrin 60-cı illərində tikilən uşaq bağçası yararsız və qəzalı vəziyyətdədir.

Həmin ərəfələrdə əhalinin sayı az olsa da, hazırda kənddə 4 minə yaxın sakin yaşayır. Bağçanın ümumi tutumu isə cəmi 20 yerlikdir. Bundan başqa aradan keçən illər ərzində binanın, demək olar ki, istismar müddəti başa çatıb.

Kənddə elə adamlar var ki, uzun illər öncə, özləri uşaq ikən həmin bağçaya gediblər, amma hazırkı vəziyyət ürəkaçan olmadığından övladlarını ora göndərməkdən imtina edirlər.

Bağçanın müdiri Dilşad Abdurrəhmanova deyir ki, məsələ ilə bağlı bir neçə dəfə rəsmi qurumlardan binaya baxış keçirilib və aidiyyəti qurumlara müraciət edilib.

Kənd bələdiyyəsinin sədri Tahir Kərimov isə məsələnin aidiyyəti qurumların diqqətində olduğunu və növbəti ilin martında bağçanın yenidən tikintisinə başlanılacağını bildirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru