Birinci sinif dərsliyində BİABIRÇILIQ - FOTOFAKT

16-12-2021, 10:25           
Birinci sinif dərsliyində BİABIRÇILIQ - FOTOFAKT
Birinci sinfin "Azərbaycan dili" – “Hüsnxətt”dərsliyində dil normaları və qaydaları kobud şəkildə pozulub.

Teref.az Bizim.Media-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı foto paylaşılıb. Dərslikdə mövzulardan birinin Azərbaycan dilinin orfoqrafiya lüğətinə istinad olunmaması ciddi tənqid edilib.

Dərslikdə “J” hərfinin öyrənilməsi ilə bağlı mövzuya uyğun foto seçilməyib. Hərfə görə yerləşdirilən fotoya Azərbaycanın orfoqrafiya lüğətinə görə “gödəkcə” şəkli yerləşdirilsə də, bu ifadə birincilərə rus dilində, yəni “jilet” olaraq tədris olunur.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında deyib ki, sözügedən dərsliyi özəl qurum çap edib.

Maraqlıdır, bəs dərsliyin çapa getməsini kim təsdiq edir? Dərsliklərin hazırlanması üçün seçilən mütəxəssislər, onlara ayrılan vəsaitlər kimin tərəfindən ödənilir?

Özəl qurum sadəcə çapın keyfiyyətinə cavabdehlik daşıya bilər, məzmuna isə yəqin ki, kimsə baxmalıdır.

Bütün bu suallar da göstərir ki, mövcud tədris proqramlarında Azərbaycan dilinin normalarının kobud şəkildə pozulması aktual problemlərdəndir. Dərsliklərlə bağlı ciddi təkmilləşdirmə işlərinə ehtiyac var.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.