Bakıda acınacaqlı vəziyyət: Yolu bağlayıb, heç kimi maşın saxlamağa qoymurlar - VİDEO

16-12-2021, 11:10           
Bakıda acınacaqlı vəziyyət: Yolu bağlayıb, heç kimi maşın saxlamağa qoymurlar - VİDEO
Bakıda bəzi yolların kənarında avtomobillərin park edilməsi üçün yerlər mövcud olsa da obyekt sahiblərinin müdaxiləsi ilə bunun qarşısı alınıb. Belə ki, müəyyən küçələrdə obyektləri yerləşən şəxslər oranı zəncirləyərək özəlləşdiriblər.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumatda bəzi küçələrdə mövcud olan acınacaqlı vəziyyət öz əksini tapıb. Əsasən 28 may metrosu ətrafında yaradılan süni maneələr həm də yolun daralmasına da səbəb olur.

Bundan əlavə parkinq nişanı olan yol yerlərin bəzisində bir nəfər olur. Onlar parkinq yerinə su qabları və başqa əşyalar qoyaraq parkinq üçün qanunsuz ödəniş tələb edirlər. Maraqlıdır ki, bəzi parkinq nişanlarının altına "ödənişsizdir" lövhəsi də qoyulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.