Vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər - İpoteka Fondu

16-12-2021, 10:38           
Vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər - İpoteka Fondu
Hazırda mənzil fondunda lazımi qədər mənzil mövcuddur və əlavə təlabat yaranarsa, vətəndaşların istəkləri nəzərə alınmaqla yeni mənzillər alına bilər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bildirilib ki, bu günədək kirayə mənzil mexanizmi çərçivəsində 1242 mənzil vətəndaşlara təhvil verilib.

"Fond tərəfindən vətəndaşlarla müxtəlif kommunikasiya vasitələri ilə mütəmadi sorğular (1549 Çağrı mərkəzinə edilən zənglər, ASAN Xidmət mərkəzlərində vətəndaşlarla keçirilən görüşlər) həyata keçirilir və həmin sorğular təhlil olunaraq, vətəndaşların yaşayış sahələrinə dair istək və tələbləri öyrənilir. Bu sorğular nəzərə alınmaqla Fond tərəfindən hazırda artıq 8 fərqli ünvanda Bakı şəhərində (Xətai ray – Gəncə pr, Lütfi Zadə küçəsi, Nizami ray – M.Abbasov küçəsi), Sumqayıt şəhərində (Sülh və Bulvar küçələri) və Abşeron rayonunda vətəndaşlara mənzillər təklif olunmaqdadır" - deyə, məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru