Azərbaycanda aliment tələbləri ilə bağlı dodaq uçuqladan rəqəmlər

17-12-2021, 08:33           
Azərbaycanda aliment tələbləri ilə bağlı dodaq uçuqladan rəqəmlər
Ədliyyə Nazirliyinin əməkdaşı ölkədə bir icra məmuruna 200-500 icra sənədi düşdüyünü deyir.
İcra xidmətində olan sənədlərin çoxunu aliment borcuna dair sənədlər təşkil edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.

Onun sözlərinə görə, 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi sənədləri ilə bağlıdır. Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mindən çoxdur:
"2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub. Hər icra məmuruna düşən aliment tələbi ilə bağlı icra sənədi 200-500 arasında dəyişir, bu da böyük çətinliklərə səbəb olur. Son 1,5 il ərzində iş yükünün çox olmasına baxmayaraq, 130 milyon manatdan çox aliment tələbi ödənilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru