Şərifovun bacısı qızı, keçmiş nazirin yaxın adamı... - Səs yazısı yayılan direktorla bağlı yeni məlumatlar

17-12-2021, 11:58           
Şərifovun bacısı qızı, keçmiş nazirin yaxın adamı... -
Bakıda səs yazısı yayılan məktəb direktoru ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Xatırladaq ki, "ARB" televiziyasında efirə verilən səs yazısında təhsil müəssisəsinin rəhbəri müəllimlərə toplanmalı olan vəsaitin gecikdiyini xatırladır və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırır. Qeyd olunur ki, müəllimlərin vatsap qrupunda paylaşılan səsdə Valideyn-Məktəb Assosiasiyasının (VMA) üzvlük haqlarının yığılması tələb olunur. Daha sonra direktor sinifləri sadalayaraq sinf rəhbərlərinə deyir ki, pulları öz cibinizdən ödəyin, daha sonra valideynlər yığıb qaytarar.


Səs yazısı Bakı şəhər 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyevaya məxsusdur. Teref.az yazı ki, məlumatlı mənbə "AzPolitika.info"-ya bildirib ki, o, Baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızıdır. Həmçinin keçmiş təhsil naziri Misir Mərdanovun da ən yaxın adamlardan biri olub.

Mənbə qeyd edib ki, C.Kuliyevanın haqqında bəhs etdiyi Valdeyin-Məktəb Assosiasiyası tamamilə qeyri-qanuni qurumdur və məktəblərdə pul toplayıb direktorlarla bölüşdürmək üçün yaradılıb.

Xatırladaq ki, Bakı Şəhərə Təhsil İdarəsi səs yazısının Ceyran Kuliyevaya məxsus olduğunu təsdiq edib və onun haqqında araşdırma aparıldığını açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.