Azərbaycanda maaşların artımı ilə bağlı YENİ AÇIQLAMA

19-12-2021, 11:25           
Azərbaycanda maaşların artımı ilə bağlı YENİ AÇIQLAMA
Dünən Prezident İlham Əliyevin maaşların artırılması ilə bağlı imzaladığı sərəncamlarla dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahının dayandığı bir daha təsdiq edildi.

BAKU.WS xəbər verir ki, bunu "Xəzər Xəbər"ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının illərdir bu sahədə həyata keçirdiyi islahatlar uğurla davam edir. Musa Quliyevin sözlərinə görə, 2022-ci ildən islahatların növbəti zərfinin həyata keçirilməsinin şahidi olacağıq.

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, gələn ilin dövlət büdcəsində sosial istiqamətlərə kifayət qədər vəsait ayrılıb. Qeyd edib ki, bu istiqamətdə ayrlan vəsaitlərin həcmi ümumi büdcə xərclərinin 46.4 faizini təşkil edəcək.

Millət vəkili maaşların artımı fonunda inflyasiyanın tənzimlənməsinin vacib olduğuna diqqət çəkib.

''Növbəti il hökümət tərəfindən qiymət artımlarının qarşısının alınması ilə bağlı tədbirlərin güclənəcəyi gözlənilir'',-deyə Vüqar Bayramov vurğulayib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru