“Uşaqpulu qayğı deyil, uşaqların haqqıdır” – Qubad İbadoğlu

20-12-2021, 00:01           
“Uşaqpulu qayğı deyil, uşaqların haqqıdır” –
“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib ki, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir”. Əvvala uşaqpulunun 18 yaşa qədər bütün uşaqlara verilməsi təklif olunmur, ehtiyacı olmayanlara bu pul nəyə görə verilməlidir ki? Əgər hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaqpulu 2,7 milyon uşağa deyil, yerdə qalan 2,1 milyona verilməlidir. Belə olanda da tələb olunan məbləğ 3,3 milyard manat deyil, 2,52 milyard manat olur. İkincisi də, 100 manata gücünüz çatmır 80 manat verin, ya da ehtiyaclar üzrə fərqli məbləğ ödəyin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.