“Azərbaycanda 400 minə yaxın sənədsiz ev var” - Ekspert rəqəmləri açıqladı

20-12-2021, 08:10           
“Azərbaycanda 400 minə yaxın sənədsiz ev var” -
Rövşən Ağayev: “Rəqəmlər onu da göstərir ki, bu problem əsasən şəhərlərlə bağlıdır”

“Ölkədə sənədsiz mənzillərin sayı uzun müddətdir mübahisə və müzakirə mövzusudur. Aydındır ki, hökumət çox dəqiqliklə bu statistikaya sahibdir, amma açıqlama istəmir”.

AYNA bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sənədsiz mənzilərllə bağlı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, əldə olan 2 rəqəm sənədsiz evlərin miqyasını görməyə imkan verir: “Statistika orqanı ölkədə 2.2 mln. mənzilin olduğunu bildirir. “Azərişıq”ın məlumatına görə isə əhali abonentlərn sayı 2.6 mln.-a yaxındır. Doğrudur, ola bilər bir mənzildə 2 sayğac olsun və 2 fəqli abonent yaşasın. Lakin bu cür hallar çox deyil və yekun rəqəmə çox az təsir göstərə bilər. Bu 2 rəqəmdən çıxış etsək, deməli ölkədə sənədsiz evlərin sayı 400 min ətrafındadır”.

R.Ağayevin fikrincə, rəqəmlər onu da göstərir ki, bu problem əsasən şəhərlərlə bağlıdır: “Məsələn, mənzil sayı ilə abonent sayı arasında fərq Bakıda 300 min, Sumqayıt və Abşeronda 67 min, Mingəçevirdə 4 min, Naftalanda 5 min, Gəncədə 2 min təşkil edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.