Ucarda qazilər nədən şikayətçidirlər? - VİDEO

20-12-2021, 09:32           
Ucarda qazilər nədən şikayətçidirlər? - VİDEO
- Ucar rayonu Xələc kənd sakinləri Vətən müharibəsi qaziləri Məhərrəmov Əkbər Məhərrəməli oğlu və Cəfərov Həsən İsa oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Teref.az-a daxil olan müraciətdə deyilir:

"Biz hər ikimiz Ucar rayonunun Xələc kənd sakinləriyik.Hər ikimiz Vətən müharibəsində iştirak etmişik.Məhərrəmov Əkbər Məhərrəməli oğlu müharibə zamanı sol qolundan güllə yarası alıb.Düşmən gülləsi Əkbərin sol qoluna dəlib keçmişdir.Nəticədə də yaralanmış hospitalda müalicə almışdır.Sol əli ilə əşya qaldıra bilmir.Ancaq əlillik dəcəsi təyin olunmur.
Biz əlillik və veteranlıq istəmirik.Biz iş istəyirik ki, bizi işlə təmin etsinlər.Buna görə Məşğulluq Mərkəzinə dəfələrlə getsəkdə bizi qəbul etmək istəmirlər.Ucar rayonunda vətəndaşı işə pulla qəbul edirlər.
Cəfərov Həsən İsa oğlunun himayəsində bir azyaşlı uşağı var.Müharibədən əvvəl Bakı şəhərində işləyib ailəsini saxlayırdı. İndi isə işsiz qaldığı üçün ailə yoxsulluq həddində yaşayır.
İşsizliyə görə yoxsulluq həddində yaşayırıq.Bu isə bizi intihar həddinə çatdırır.Biz oğurluq etmək istəmirik, yardım istəmirik, biz iş istəyirik.
19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır.Bizim isə ona verməyə pulumuz yoxdur.
Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevdən xahiş edirik bizi işlə təmin edin imkan verməyin vətən müharibəsində qazi olmuş əsgərləriniz işsizliyə görə aclıqdan məhv olsunlar.

Əlaqə telefonu Həsən Cəfərov (050) 960-02-60
Əkbər Məhərrəmov (050) 971-60-48"

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.