Bu küçəyə taksi gəlmir - Səbəb olduqca maraqlıdır - VİDEO

20-12-2021, 10:02           
Bu küçəyə taksi gəlmir -
Xırdalan şəhərinin Emin Sabitoğlu küçəsinin onlarla sakini yollarının uzun müddətdir bərbad vəziyyətdə olmasından şikayətçidir. Xüsusən soyuq aylarda yağan yağış-qar yolu daha da keçilməz edir.

BAKU.WS xəbər verir ki, Xırdalan şəhəri Emin Sabitoğlu küçəsinin sakinləri "Xəzər Xəbər"ə deyib ki, təqribən 3 il əvvəl əraziyə su və kanalizasiya xətləri çəkilərkən yolları dağılıb. Elə o vaxtdan da yayda toz-torpaq, payızda-qışda isə yağan yağışlar dağılmış yollarını keçilməz edir.

Sakinlər deyir ki, yolun bərbad olması ucbatından küçəyə nəinki taksi, heç təcili yardım da gəlmir, daha doğrusu gələ bilmir.

Sakinləri həm də ən çox narahat edən məsələ yaxınlıqdakı küçəyə yol çəkilməyə başlasa da, uzun müddətdir gözlədikləri yol texnikalarının bu küçəyə necə deyərlər, təşrif buyurmamasıdır. Sakinlərin narazılığına münasibət bildirən Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat Xidmətinin rəhəri Seymur Qasımov deyir ki, bu il rayon ərazisində 16 küçə təmir edilib, növbəti il təmir ediləcək yolların siyahısında isə sözügedən Emin Sabitoğlu küçəsi də var. Yəni sadəcə bir neçə ay da dözmək kifayət edəcək ki, sakinlərin işi yoluna düşsün.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.